Azərbaycan Milli Hərəkatında demokrasi düyünüGüney Azərbaycan milli birlik şurasının durum dəyərləndirməsi 3/2010

 Azərbaycan Milli Hərəkatında demokrasi düyünü

(Demokrasidən danışaraq, federalçı-istiqlalçı bölgüsü ilə birlikdə birlik  axdaranların birliyə vurduğu zərbə arşınlarla ölçülür. Onun üçündür ki, milli şura, birliyə gedən yolun ancaq və ancaq “milli müqəddəratın təyini” təfəkküründən geçəcəyinə dərindən inanır və bu yolda addımlayır)

Milli mübarizəmizin bugünkü aşamasında sürdürəcəyimiz siyasətlərin aydınlaşması,

geçən 20 ildəki təcrübələrə dayanaraq yeni taktik və siyasi təhlillərin ortaya çıxma vacibliyi inkar edilməzdir. “Demokrasi düyünü” adından diskinərək insanların fikirlərinin duruluğunu bulandırmaq vəya azad sözün qarşısında dayanmaq düşünülməməlidir. Ancaq “demokrasi” kəliməsi ilə demokrasiyə vurulan zerbələrin açıqlanması və modern demokrasidə disiplin fəlsəfəsinin açıqlığa qovuşmasına ehtiyac duyulmaqdaıdır. Disiplin sözcüyünü demokrasi qaydaları ilə deyişmək daha uygun olduğu kimi qanun çərçivəsinə sığmıyan davranışların anarşı meydanı yaradacağı da unudulmamalıdır. Onun üçündür ki, milli şuranın 4 əsas prensiplərindən olan demokrtaik idarə usulunun yanında “Azərbaycan Mərkəzli Düşüncə Sistəmi” dayanmaqdadır.

İstər doğulub boya başa çatdığmız ölkənin siyasi muhiti, istər ailələrimizin kültür və tərbiyə metodu, istərsə də məktəblərdə aldığımız yalançı və qondarma tarixdən gələn yekəlik hissiyatı, demokratik düşüncəmizin meydanını daraltmaqdadır. Bəşəriyətin demokratik usul xaricində bir yolunun olmamasını anlıyan bütün quvvələr ona söykənərək, haqlı, bəzən də nahaq davranışlar sərgiləmişlər. Ona görə də demokrasinin gücü, hətta dünyanın ən çılqın qeyri demokratk ölkə və quvvələrini də yol ayrıcında qoymuşdur. Bir zümrənin diktaorluqla hakimiyətini sovunan dövlətlər, bir yandanda yeni demokrasi tərifi ilə xalqı aldatmağa çalışmışlar. Bunlara görə demokrasi insanların azad səs verməsi deyil, xalqın, daha doğrusu, sözdə işçilərin mənafinin güdülməsi prosesidir.

Zahirən aldatıcı olan bu görüşün arxasında, əslində proltarya dikatorluğunun yatdığı aydın olsa da bəziləri onu, dar idelojik çıxar yolunun yeni geçiti görmüşlər. Geçən əsir, özəlliklə ikinci dünya savaşından sonra, Bertrand Rassel kimi filəsufların təfəkkür dayrəsində  inkişaf edən demokrasi məfhumu, arxasınca daha da irəli gedərərək, onun , əksəriyətin hakimiyəti (çoxunluq) deyil, azlığında mənafeini (çoğunçuluq) yüzdəsinə görə qorumalı olduğu fəlsəfəsi bütün qondarma tərifləri yıxdı. Ancaq, alışqanlıqlar, sınırsız azadlığın ölkələrinə ziyanlı olması düşüncəsi ilə, qızıl xətti tapamadılar. Bu sorunların bizim bölgəmizdə də geçərli olduğuna görə, Azərbaycan milli hərəkatındakı demokrasi tərifi, modeli və düşüncəsində təhrif və sapma qaçınılmaz oldu. Şübhə yoxdur ki, milli hərəkət daxilində olması gərəkən demokrasi, müstəqil dövlətlər çərçivəsindəkindən fərqlənməlidir. Fərqli mahiyəti olan bu iki qavramın, eyni mühtəvası düşünüləməz, bu isə qavramın içdənliyini deyişəməz.  Başqa sözlə, çağdaş demokrasi anlayışı, insanların və millətlərin azadlığının qarantısıdır, baxmıyaraq ki, bəziləri özlərinin şəxsi vəya milli mənafeilərini qorumaq üçün, ona başqa bir don geydirirlər. Diqqət edilirsə irqçı farsların demokrasi anlayışının kökündə bu təhrif yatmışdır. Bu didişmələrin ümumi prənsiplərə dayanaraq, açılmasında faydalar yatmaqdadır.

Yuxarıda qeyd etdiyim qeyri məntiqi təhriflərin yanında, qərb demokrasisinin şərq aləmində, özəlliklə bizim yaşadığımız mühitdə geçərliliyini sual altına aparanların sayı az deyil. Bu yargı dəyərlərinin ölçülməsində görülən həqiqətləri inkar etmək olmaz. Milli, siyasi, ictimai şurunun yanında, iqtisadi inkişafdan geri qalmış, bir tikə çörəyə mühtac olan cəmiyətlərin, oxumuşlarının təlim tərbiyə səviyəsi əski çağlar səviyəsində qalmış toplumların, azad səs vermə hüququnun tanınması anlamsız görünməkdədir. Məsələyə bu zaviyədən baxanda, cəmiyətin qatlarına verilən qat sayıların dəyəri ortaya çıxmaqdadır. Modern ilətişim vasitələri, internetin inkişafi, radyo televizyon axımının güclənməsi bu probləmi bir az ortadan qaldirsa da, geri qalmış toplumlarda xalqın böyük yüzdəsi ondan faydalanmaq imkanına sahib deyildir. Bu probləmi araşdırarkən iki suala cavab tapmalıyıq.

1.    Cəmiyətin hər tərəfli inkişafi ilə demokrasi bir birinə tam bağlıdır. Başqa ifadə ilə demokrasisiz inkişaf, inkişafsız demokrasi mümkün deyildir. Onda hankısına üstünlük verilməlidir.

2.    Bizim kimi geri qalmış vəya daha doğrusu geri saxlanılmış toplumlarda, bu dar boğazdan çıxış yolu hankısıdır.

Bu sözləri yazarkən, İranda şah diktatoluğunun əleyhinə aparılan qızqın mübarizə dövründə, onun ağzından çıxan bir sözü yeni nəslə xatırlatmaq faydalı sayılır. Nəftin boşqası 40 dolara çıxan o gülərdə, şahın 2500 illik törənlərinə rastlaşan çağda, o dedi”İranlıların hələ demokrasiyə hazırlıqları yoxdur”. İki-üç il sonra Karterin İran səfərində “açıq siyasi hava” fəlsəfəsinə boyun əyən Məhəmməd Riza şahın sözlərini dəyərləndirmək üçün inqlabdan sonrakı durumu dəyərləndirmək yetərlidir. Teorilərdən törənmiş zehniyət deyil, eyniyətlə gördüyümüz bu söz və hadisələr “Azərbaycan Milli Hərəkatına” bir məna daşımalıdır, nə etməliyik sualına ağıllı cavab tapılmalıdır.

Demək ki, bugünkü durumda, milli hərəkatımızda demokrasini yerləşdirmək, qorumaq və faydalanmaq üçün əsas hədəfimiz, millətimizin milli-siyasi şurunu artırmaq, kimliyini ona tanıtdırmaq, dil ,tarix və mədəniyətini öyrətmək, Türklük güvəncəsini gücləndirmək və Azərbaycan sevgisini dərinləşdirməkdən ibarət olmalıdır. Bu aydınlığı millətimizin içinə aparan səmimi və bilgili aydınlarımızın şam kimi yanması qaçınılmazdır. Çünki, yanaraq əriyən mumların gücü, gələcəkdə suistifadəçilərin qarşısını bağlıyan yeganə səddir. Bu planın yerinə yetirilməsində bir yandan demokratik düşüncənin təməllənmesi, o biri yandan isə demokrasi sözü ilə demokrasini vuranların qarşısını almaq yatmaqdadır.  Təbrizdəki “Azərbaycan Ocağının” sağlam, düzgün və uygun fəaliyətini yadımıza saldıqda, bugün xaricdə yaşayan bəzi qurum və şəxsiyətlərin demokrat adı daşımalarına baxanda, bir suala cavab tapmaq şansı yaranır. Bəzən 30 ildən yuxarı Avrupada yaşamasına baxmıyaraq, dar düşüncələrin hakimiyəti altında əzgin beyinlərindən çıxan azadlıq məfhumunun darısqallığı, insani incitmiyə bilmir. Hələ, bu sıxıntını daxildəkilərin, özəlliklə Tehrandakı dostlarımızında kürəyinə yüklədiklərini görəndə, milli fəallarımızın çarə yolu axdarmaları, özünü  daha da kəsgin göstərir.

2004-cü il, Londonda geçirilən bir toplantıda, bu çəvrənin, nümayəndəsinin”Biz milli müqəddaratın təyinini ancaq federal İran daxilində qəbul edirik” deməsi, hələdə geçerliliyini itirmədiyinə görə, milli mübarizəmizdə çaşqınlıq yaranır. Bu demokratların bu demokrasi baxışını xatırladıqdan sonra, bu fikir meydanına girənlərin davranışlarını sıralıyaraq, demokrasi adı ilə demokrasiyə zərbənin nə olduğunu anlatmağa çalışılacaqdır. Ümid edirik, Azərbaycan milli hərəkatında dəyərli yer sahibi olan bu dostlarımız, hərəkatımızın həqiqi birliyə ehtiyacı olan bu zəmanədə, börklərini qabaqlarına qoyub yaxşı fikirləşsinlər. Yarqı ancaq millətin dəyəridir.

a-      Bir sitə yaradıb, orada ancaq öz fikir və istəklərimizi yerləşdirməyin, demokrasi ilə əlaqəsi nədir.

b-     Özündən başqa bütün qrup, şəxsiyət və milli fəalları, nadan, savadsız, anlamaz, siaysətdən xəbərsiz oxlarına tuşlamağın demokrasi ilə nə əlaqəsi.

c-      İçində şahçısından- islamçısına, cümhuriyətçisindən- solçusuna, islam düşmənçisindən-Türk düşmənçisinə qədər, hamısı irqçı fars rasizminin açıqca xidmətində olan bir cərəyana demokrat adı verməyin demokrasi ilə nə əlaqəsi var. Azmış kimi, Azərbaycan milli hərəkatını ona bağlamaqla, şovinistərdən pay ummağın demokrasi ilə nə əlaqəsi var. Oda azmış kimi çüürüyən bu cərəyanın yaynında duraraq, Azərbaycan milli hərəkatının arxasını boşaldanların, iddea etdikləri siyasi anlayış və genə iddea etdikləri demokrasi ilə nə əlaqəsi var.

d-     Millət-dövlət məfhumunu bir birindən seçəmiyən, dilimizi tariximizi bilmədiklərinə görə əzbərlədikləri Fars siaysi ədəbiyatını, mübariz millətimizin sırtına yükləməyin demokrasi ilə nə əlaqəsi var.

e-      Millətimizin %99-nun inancına hörmətsizlik edərək, sadəcə İslama qarşı olduqlarına görə, milli hərəkatımızı qısır rejim davasına sürütləməyin demokrasi ilə nə əlaqəsi var.

f-       Insanlığa hörmət kimi gözəl bir dəyəri, öz millətimizi əzməkdə görən bir təfəkkürlə, şübhəli bir iş birliyində, Qarnanı yazan, sulduzu unudan, dostla düşməni bir birindən seçəmiyən davranışın demokrasi ilə nə əlaqəsi var.

g-      Bütün bunlardan acısı, daxikldəki bəzi səmimi ancaq, dayrənin mərkəzindən uzaq olduqlarına görə, onlara təsir edərək, demokrasi adına anti demokratik ocaq yaratmaq ilə millətimiz nə qazanacaqdır.

 Daxildəkilərin, xaricdəkilərin oyunlarına qoşulması, qaranlıq gələcəyin qaplarının açılmasıdır. Şübhə yoxdur ki “Azərbaycan Milli Hərəkatının” daxil və xarici, azadlıq quşunun iki qanadlarıdır, oyunlar isə bu qanadları uçduran tükləri seyrəldə bilər.

Güney Azərbaycan Milli Birlik Şurası
Təbliqat komitəsi
Tarix : 15/04/2010

Go to top