Azərbaycan milli hərəkatı və İranda hakimiyət məsələsi !Güney Azərbaycan Milli Birlik Şurası, durum dəyerlendirməsi 4/2010

Azərbaycan milli hərəkatı və İranda hakimiyət məsələsi !

Azərbaycan Milli Hərəkatının həssas dönəmdən geçdiyini tikrar etməyin faydasızlığını anlamaq çətin olmasa gərək. Çünki bizim mübarizəmizin əsasən bütün dönəmlərdə həssalığını idrak etmək düşüncəsi gün kimi aydındır. Çeşitli səbəblərə görə tarixin axışında

çeşitli quvvələrin etkisinə məruz qaldığımız və bundan sonrada bu basqıların dəvam edəcəyi kimsəyə sır deyil, buda həsaslığın qaynağıdır. Güney Azərbaycan düyününün aşılması,Türkiyə və Şimali Azərbaycanla birlikdə Türküstan və başqa Türk dövlət və topluluqlarına müsbət təsir baxımından önəm daşımaqdadır. Özəlliklə iki qutblu dünyanın bir qolu sındıkdan sonra, tək bir supr gücün hakimiyətinin mümkün olmadığı açıqca görünməkdədir, bu isə yeni qutublaşmalara yerikləməyin turş alçasıdır, yesən dişin qamaşar yeməsən gönlün istər. Başqa ifadə ilə istər istəməz hər hansı bir birliyə girməlisən. Üfüqdə, Amerika, Avrupa, Rusya və çin güclərinin baş qaldırdığı inkar edilməzdir. Bu durumda, dili, dini, kökü, tarixi və geçmişi bir olan Türk ölkələrinin də, özəl varlıqlarını qoruyaraq  fedaral, konfedral vəya ən azından iqtisadi birlik yaratma meyilləri günü gündən artmaqdadır. Bu birliyin qapları Azərbaycan, Azərbaycanında açarı Güney olduğuna görə, Güney Azərbaycan, yuxarıda adları çəkilən supergüc olmaq istəyən bütün quvvələrin gözləmində və təsirində olmaqdadır. Bunun əyani sübutu, Rusya baş naziri Putunin April 2010-cu il Amerikada geçirilən “ Nüve zirvəsindəki”münasibətindən oxumaq çətin deyildir. Bunun yanında, bölgədəki Erməni və Kürd topluluqlarını işlədən həmin quvvələr, qanadlarını daha geniş açaraq kölgələrini genişləndirmək fikrində olduqlarıda öz təsirini göstərməkdədir.

Ancaq, bizim bugünkü təhlilimiz İranda hakimiyət və bu zaviyədən gələn basqı ilə yıpratma siyasətləri olduğuna görə yolumuzu, Tehrandan salmağa çalışacayıq. İranda farsçılıq siyasətənin yüz illik tarixçəsi və bugün bütün siaysi qanadların dəvam etdirdiyi yol xəritəsi göstərmişdir ki, Güney Azərbaycan Türk milləti öz müqəddəratını təyin etməkdə böyük çətinliklərlə üzləşəcəkdir. Başqa ifadə ilə, farsçı siaysətçilərin basqısı altında olan, ancaq yavaş yavaş oyanan millətimiz öz haq və hüquqlarına bu hakimiyətlərin demokratik yanaşması ilə çatmaq imkanı tapmadığına görə zamanında radikal istəklərə üz gətirəcəkdir. Bütün haqları, bütün milli varlğı talanmış 30 milyonluq bir millət, çarəni ayrılmaqda görərsə bu zaviyəni kamilləşdirən hadisə, İran adında bir ölkənin dağılmasına gətirib çıxaracaqdır. Kuruş- Daryuş aldatmacaları öz təsirini itirdiyi kimi İslam cümhuriyətinin Güney Azərbaycanda asdı-kəsdi siyasəti, milli basqıları, iqtisadi ayrı seçgilikləri, Ermənistana yardımları kimi siyasətlər, millətimizin farslarla qaynaq xətti olan islam və özəlliklə şiəçilik qurquşumunu da əridəcəkdir. Şübhə yoxdur ki, millətimiz öz din və inancından vaz geçmədən

aldatmalardan doğan boyunduruğu çiynindən atmaq üçün münasib ortamı gözlüyəcəkdir. Azərbaycanlılar, hazırlıq mərhələsini başarılı geçirə bilsələr, o ölkədə hərhansı bir qarışıqlıq zamanı vəya xarici ölkələrin müdaxiləsindən törənən ortam vəya buna bənzər şəraitdən faydalanmağa çalışacaqdır.

Bu durumu, farsçı irqçılar dərindən anladıqlarına görədir ki, bugün hakimiyət müxalifət demədən Azərbaycan Milli Hərəkatı ilə mübarizədə eyni istiqamətdə addımlayır. Fars rasizminin kökünü təşkil edən  anti Türk və anti Ərəb düşüncəsi o ölkədə yaşayan bu iki millətin potansiyellərindən və eyni halda Arya irqına mənsub olmadıqlarından qaynaqlanmaqdadır. Tarixən olduğu kimi bugündə bu iki millətin xaricindəki qrupların savaşı təmami ilə başqa bir rəngə boyanmışdır. Onun üçündür ki, İranda hakimiyətlə bağlı analizlərin nəticəsindən asılı olmuyaraq Azərbaycan Milli Hərəkatının, Türkmən və Qaşqaylarla birgə, Ərəblərlə də yaxınlaşması bir taktik deyil strajik mahiyətdə olması inkar edilməzdir. Çünki bu iki millətə bir gözlə baxan gözün oyulması üçün atılan oxun nişan zaviyəsini bu iki qol təşkil etməkdədir. Azərbaycan milli hərəkatında olduğu kimi “Əlahvaz” və “Bəluç”qurtuluşçularının da içində İranda rejim davasına inanalar olduğu üçün onlarıda aydınlatmaq gərəkməkdədir.

Fars irqçılarının zaman və məkan şəraitinə görə millətimizi tovlayıb, asimilə edib, özlüyündən çıxardaraq əritmə siaysəti hamımıza aydındır. Bugün milli hərəkatımızın dirçəlişinin qarşısını almaq üçün işlədilən siayasətlərdən biri də, Azərbaycan Türk millətini yenədə İranda rejim davasına sürütləməkdir. Ona  görə, orada hakimlərin və hakim olmaq istəyənlərin mahiyətinə aydınlıq gətirilməsi vacib məsələlərdəndir. Bizi bu davanın içinə çəkmək istəyənlər sadəcə müxalif quvvələr deyil, eyni halda islam cümhuriyəti də buna çalışmaqdadır, oda öz arzularına uygunlaşdırmaqla. Ayətullah Xamineyinin son dönəmdəki fitvaları diqqətə layiq aldatmacadır. Azərbaycan milli hərəkatı ilə heç bir əlaqəsi olmuyan, oradakı sayıları bir əlin barmaq saylarından çox olmuyan Təbrizdeki “müşarikətçilər””azadliq nehzətçilər””İslami dirçəlişçilər” və “milli cəbhəçilərin”  nümayəndələrinin son günlər Teharandakı görüşləri də bu fikrin sübutuna qaynaqdır. Qəribə burasındadır ki, bunlar utanmadan “ Azərbaycan Milli Hərəkatı” adına danışmaqdadırlar.

Azərbaycan Milli Hərəkatının daxilində olan bəzi quvvələr bu tələnin içinə düşüdüyünə görə, hakikmiyət savaşından qalib çıxa bilən güclərin fikir meydanlarında çapdırdıqları atların rəngini tanımaları vacibdir. Bəzilərinin fikrinə görə bu rejim getsə, yerinə başqa rejim gələndə bizim haqlarımız tanınacaq təbliqatı sadə dostlarımızı aldata bilər. Genədə geçən əsr 4 dəfə başımıza gələn bəla bir daha tikrar olar, ancaq bu qaranın o qaralara bənzəmiyəcəyi indidən aydındır. Alternativlərin bəziləri qabıq deyişərək yeni bir rəngə boyanmaq istəsələr də sunii olduğu get gedə aydınlaşır. Bütün yazı, söz, davranış, təfəkkür və təbliqatları Fars rasizmi qınında gizlənən muxaliflərlə alver, uduzmağın birinci addımıdır.

Ancaq, millətimizin az məlumatlı qatlarını aldadaraq, hər gün bir metodla, özəlliklə “İranda demokrasi” fəlsəfəsi ilə haqlarımızın tanınacağını irəli sürənlərin ovcunun açılması, gələcək mübarizəmizin yolunun işıqlanmasında faydalı sayılmaqdadır. Məsələyə bu zaviyədən baxanda İrandaki hakimiyət və hakimiyətə gəlmək istəyənlərin ideolojik durumlarının qısada olsa, analizinin müsbət nəticəsi danılmazdır. Bu təhlildə, onların iqtisadi, ictimai, dini inancı vəya toplumsal görüşləri deyil, sadəcə bizi ilgiləndirən daxili siyasət və milli görüşləri təhlilə tabi tutulmalıdır. Adı çəkiləcək bəzi quvvələrin, hakim olma imkanını inkar edəcək çəvrələrə bir təcrübəni xatırlatmaqda fayda var. 1978 inqilabında bir tək insan, özəlliklə ziyalılar, Ayətullah Xumeyninin hakimiyətə gələcəyinə inanmırdı.

İranda hakimiyət davasını anlamağı bir az asanlaşdırmaq üçün siyasi quvvələri bəlli bir snıflandırma modelində formulə etməklə təhlil yararlıdır.
1-    Islamçı quvvələr
Bu quvvələri üç əsas bölməyə ayıraraq, hərbirində çeşitli qrupların var olacağını söyləməkdə fayda var.

A-    Kökdən dinçilər ,
Əsasını mühafizəkar mallaların təşkil etdiyi bu bölmənin dini görüşü kökdən islama dayansa da, şiəçilik xəttinin üstündə yeridiyi aydındır. Bu dəstənin içində bəzilərinin 12-ci imamın zühuruna hazırlanması maraqlı olduğu qədər, dünya görüşlərindəki bəzi fikrilər, dünyanın dağılmasına zəmin yaratmaq düşüncəsi ondan da maraqlıdır. Bunlar əslində millət deyil ümmət məfkürəsinə inanmaqda olduqlarına görədir ki, Ayətullah Xumeyni dedi “ millətçilik həramdır”. Ancaq , həm İran-İraq mühribəsində həmdə seçgilərdən sonrakı yeşillərin təhlükəsini idrak edən və bugün hakimiyətdə olan bu quvvə öz ideologisini ayaqlayaraq, millətçilik körpüsündən geçir. O zaman milliyətçiləri savaş meydanına sürmək məqsədi güdülməkdəydi, seçgilərdən sonra hakimiyətini qorumaq üçündürki, Əhmədi Nəjad bütün çıxışlarında islam ümməti yerinə böyük İran millətinə ( oxu Fars milləti) qılıq deyişmişdir.
Bir haşiyə ayıraraq demək lazimdir ki, yeşillərin ölkədə yaşıyan millətlərin mübarizəsinə vurduğu bu zərbə düzgün ölçülməlidir. Başqa sözlə, milli haqlarla bağlı bunların inandıqları Quran ayələrinə istinad edilməsi öz təsirini itirmişdir. Ölkə və islam mənafei bəhanəsi ilə daxillərində özəlliklə silahlı quvvələr içindki Azərbaycan meyilliləri razılaşdırraraq milli fəalların dilini daha ucuza kəsirlər. Bunu da artırmaq lazimdir ki, o ölkə dövlətçiliyinin kökünü Farsçılıq təşkil etdiyinə görə, sistəmdə olan aşırı irqçıların indiki hakimiyətdə ki təsiri inkar edilməzdir.

B-    İslahatçı dinçilər ,
Əsasını nisbətən aydın və savadlı malla və qarayaxaların təşkil etdiyi bu qrupun, dini inancları birincilər qədər qəliz olmasada farsçı milli inancları orta xəttin üstündə seir etməkdədir. Başqa ifadə ilə ümmət-millət çapındakı dayrənin içində sərgərdan qalaraq nala-mixa vurmaqdadırlar.
Beynalxaq qaydalara nisbi olaraq uymaq istəyən bu qanad, güclü ekonomi, farsçı siyasət və ılık islami dəyər  güdməklə birlikdə, ölkə daxilində millətlərə verdiyi dəyər 15-ci maddə torbasında gizlənmişdir. 20 ildən yuxarı hakimiyətdə olan bunlar, bütün imkanların əllərində olduğuna baxmıyaraq, başqa millətlərin hüquqları ilə bağlı ən ibtidai
dəyər olan yuxarıda qeyd edilən maddənin də həyata geçirilməsindən qaçdılar. Hakimiyətdən uzaqlaşdırılmış olan bu quvvə, öz mübarizəsində millətləridə meydana çəkmək üçün söz və bəyaniyələr yaysa da,
zamanında heç bir addım atmadıqlarına görə, inandırıcı görünmür.

C-    İslamçı demokratlar ( milli məzhəbilər),
Binövrəsinin 1960-cı illərdə qoyulduğu bu bölmə, yeniləşmiş islami təfəkkür dayrəsində özünə xas bir ideologiyə bürünmüşdür. Qara və qırmızı irticanın ölkədə baş qaldırdığı o zamanlar, orta bir xət seçməyə çalışsa da din və demokrası arasındakı barışmaz düyünü açamamışdır. Özəlliklə islamda malikiyətin sınırsızlığı ilə bu quvvənin içində bəzilərinin çatışdığı görünmüşdür. Son zamanlar Türkiyədəki islami hakimiyəti ülgü götürməyə çalışsa da, İranda hakim olan Farsçılıq düşüncəsindən sıyrılamadığına görə yerlə göy arasında aslanmışdır. Bu nehzətin fikrincə İranda bir tək Türk yoxdur, olanlarda Muğuldur. Bəlli səbəblərə görə Xumeyniyə yaxınlşsalar da əsasən mallalarla ziddiyətdə olan bunlar, islami dəyərlərlə demokrasini tərif etmək çabalarına baxmıyaraq yol ayrıcında çeşitli şaxələrə ayrılmışlar. Bariz nişanələri islamın özəl mülkiyət toxunulmazlığına dayanaraq sərmayədarlığı himayət etməkləri və bunun yanında Fars mərkəzli düşüncə sistəminə daxil olmalarıdıdr. Onun üçündə içlərindən koministlər və müsəlman solçular doğularaq parçalanmışlar. Ancaq parçalarının başqa millətlərin hüquqları ilə bağlı fikir deyişikliyi olmamışdır.

2-    Farsçı pan iranist quvvələr
Bu qvvələridə üç əsas bölmədə analiz etmək mümkündür. Bu günkü dünyamızda, aşırı milliyətçilik, ırqçılıq və rasizmin çürüməsinə baxmıyaraq, saxta mütiflərə dayanaraq belə fikirləri yeridənlərin, insanlıq aləmindən nə qədər uzaq olduqları aydındır. Bununla belə özəlliklə geçən yüz ildə apardıqları fəaliyət nəticəsində xalqın bir bölümünü aldatdıqları da inkar edilməzdir.
A-    Şahçılar,
Yalançı tarixə söykənərək Pəhləvi sülaləsi ilə arzularına çatan bu bölmənin içində məşrutəçi və tam manarxistlər yer alır. Bunların beyin dalqalarında gəzən Kuruş-Daryuş taxtı, başlarına ağırlıq edərək gərçəklərə gözləri yumulubdur. Türklərin o ölkədəki min illik hakimiyəti və Ərəblərin Qadisiyə zəfəri içlərindəki düyünləri sıxaraq daha da bərkidir. Ölkədki bütün Türkləri sürgünə göndərmə fikri, Elahvaz ərazisində “Yəzdinov” şəhri yaradaraq Fars etniklərini yerləşdirmələri, Türkmən elləri ərazisinə Sistanlıları gətirərək hamını Farsa dönüşdürmə çabaları, dəli bir təfəkkürün ürünü olmalıdır. Həmin düyünlər və çirkinliklərin nəticəsində islam dininə nifrət yaradan bunlar, ölkə xalqlarının sərvətini Aryaçılıq təbliqatına sərf edərək, dünyada da özünə xas bir yer açmışdır. İngilislərin sömürgəçi siaysətinin ürünü olan bunlar, xarici güclərlə iş birliyini ancaq daxildəki millətlərin əritməsində qollanaraq, böyük sərmayədarları himayə etdiyinə görə xalq arasında özünə ciddi yer açmadığı kimi müsəlman kütlənin bəyənisini də qazana bilməmişdir. Bəzi tanınmış şəxsiyətləri “İranda federalizm” dən danışmaqla birlikdə Şahlarının qanında Türk qarışımı olduğundan da suistifadə etməyə çalışırlar. Demokrasi söyləmindən də istifadə edən bunların fikir qaynağında demokrasiyə yer olmadığı açıq aşikar xalqın gözü qabağındadır.

B-     Cümhuriyətçilər
Təəssüflə içlərində Azərbaycanında tanınmış şəxs və qruplarının yer aldığı bunlar, İranda Farsçılıq siyasətinin məqul şəkildə aparılmasını planlaşdırmaqdadırlar. Özlərinə xas demokrasi təfəkkürü daşımaqla birlikdə, başqa millətlərin haqlı tələblərinə cavab verəcək qabiliyətdə deyillər. Hər şeyi İranda demokrasinin yerləşməsindən sonraya həvalə edən bunlar, ölkə bütünlüyünün pozulması bəhanəsi ilə bir millət, bir ölkə və bir ilkə səngərinə sığınmışlar. Fərdi azadlığa inandıqlarına görə bəzi beynalxalq quvvələrin dəstəyini qazanmışlar. İçlərində böyük siaysətçilər, qabil müdirlər, diplomat insanlar və dövlətçilik məharətləri yüksək səviyədə düşünürlərin varlığına görə bunların gələcəyi aydın görünür.

Ancaq, millətlərin haqları fikir dayrələrinə sığmadığına görə biz azərbaycanlılara güvənilir bir quvvə sayılamazlar.
Yuxarıda adı çəkilən son iki qrup, islam cümhuriyəti ilə şiddətli müxalifətçiliklərinə baxmıyaraq, bəzi məsələrdə bugünkü hakimiyətlə işbirliyi görüşündədirlər. O cümlədən Cənubi Azərbaycan milli hərəkatının basdırılması ilə bağlı öz dəstəklərini islam cümhuriyətindən gizlədmirlər.

C-    Aryaçı paniranistlər
Bunları yuxarəıdakı şahçılardan ayıran özəllik, tam bir irticai xulya içində həddindən artıq ırqçı şovinist mahiyətləridir. Vətən anlayışlarındakı İrançılıq təfəkkürlərində “Topraq-qan” fəlsəfəsini irəli sürərək özlərinə meydan açmaqdadırlar. Bu fəlsəfəyə görə əski Şahlarının ayağı dəydiyi bütün topraqlar vətən və bu topraqlar üstündə ancaq Arya qanı məqbuldur. Körfəzin farslığına dəridən qabıqdan çıxan bunlar, Umman denizin “İran” adlandırmaqla da qalmayıb, Çindən Anadoluya, Qafqazdan Yəmənə, Misirdən Sind çayına qədər qanlı topraq əfkarı daşımaqdadırlar. Alman nazilərini yansıyaraq o ırqa mənsub olduqlarını da utanmadan dilə gətirən bu dəlilər, Riza şah zamanında Hitlerin “ mənim savaşım” kitabını ölkədə yayaraq “pan iranist” partisi ilə varlıqlarını sürdürdülər. Bu təfəkkürü 20-ci çağın birinci yarısında Almanyada başladan və sonra bölgədə yayanların içində Güney azərbaycanlıların və ozamanın üzdən iraq koministlərinində böyük rolu hamımıza aydındır. Bu isə bizimkilərin həqiqi vətən və milləti tanımamağının bizə vurduğu ağır zərbə olmuşdur. Dünyanın bugünkü durumunda bu xəyalata inanmasalar da, hər hansı bir formada, bəzi alternativlərin içində hakimiyətdə iştirak siaysəti güdürlər. islam cümhuriyətinin daxili və xarici qələt siyasətlərindən faydalanaraq geniş təbliqat aparmaqdadırlar. Ölkəni təmizlədikdən sonra, böyük inkişafa nail olub, hədəflərinə çatmaq yuxusundadırlar. Ən qatı islam və Ərəb əleyhdarları, ən dərin Türk düşmənliyinə silahlanmışlar.

Şübhə yoxdur ki, bu sapıq fikirlərin həyata geçməsinə imkan yoxdur. Ancaq bölgə millətləri arasında güvənsizlik toxumu səpərək, qarışıqlıq yaradabiləcəyi də inkar edilməzdir. BBC-nin bu tip paniranist davranışları ilə birlikdə Tehran hakimiyətinin Ermənistana olan münasibəti bu bulanmanın hazırlıq mərhələsi sayıla bilər. Bucürə fikirlərin yayılmasının uzun müddətli nəticələri :
- Bölgə millətlərinin bir birinin canına düşməsi,
- Ölkə daxilindəki qeyri fars millətlərin soyqırıma tabi tutulması,

Hadisəsi ola bilər:
Onun qarşısının alınması üçün tək çarə” Türklük” ruhumuzun qaldırılmasında yatmaqdadır.Burada yeşillərdən ad aparmağın yersiz olacağı düşünülməkdədir. Çünki bilindiyi kimi yeşillər yuxarıda adı çəkilən 6  qrupun birincisindən başqa hamısının qarışımından ortya çıxmışdır. Aydındır ki, qara və qırmızı sol quvvələrində iştirakı gözdən qaçmamaqdadır.Bu durumda, Azərbaycanın nəcat yolu, bu quvvələrin arxasınca gedib özünü dərin və çıxılmaz bir quyunun dibinə salmaq ağıllı bir siaysət sayılamaz. Milli təbliqatımızı artıraraq gücümüzü toplayıb, zaman və məkan şərtlərinə görə addım atmalıyıq. Kimlərin hakimiyətdə olmasından asılı olmuyarq, arxamızda olan milli gücün gücünə güvənməklə siyasi addımlarımızı ayarlaya bilərik. Milli hərəkatımızın daxilində olan bəzi quvvələr, diplomatik siaysi müzakirələri dəstəkliyərək məntiqi yolun tapılmasına önəm verməkdədir. Ancaq, yuxarıdakı sınıflandırmaya dayanaraq, bunun hər hansı bir tərəfi dəstəkliyərək o birini gətirməyə çalışmaqla başarılı olacağına inanmaq çətindir.

Bütün bunlarla birlikdə, yuxarıda adı çəkilən siaysı axımların hər hankısı, “Güney Azərbaycanda BMT-nin bəyannaməsi əsasında beynalxaq hüquq normalarında *Milli Müqəddəratımızı Təyin* prənsipini qəbul edərsə, milli hərəkatımızın bütün şaxələrinin məşvərəti ilə müzakirə qaplarının açılması düşünüləbilər”. Şübhə yoxdur ki, bu şərtin qəbulu, bağlı qaplar arxasındakı gizlin görüşlərlə vəya pərdə altında gizlənən bəyaniyələrlə deyil, açıq, aydın, bütün dünyanın və millətimizin hüzurunda, gözü qabağında imzalanaraq  gərçəkləşməlidir.

Güney Azərbaycan Milli Birlik Şurası
Təbliqat  komitəsi
Tarix  : 19.05.2010

Go to top