butov azerbaycanBütöv Azərbaycan  ideyasının reallaşması prosesi  başlanmışdır
 Bütöv Azərbaycan deyildikdə, fikrimizdə istər istəməz rus və farslar tərəfindən parcalanmış, əsarət altına alınmış Türk Vətəni, böyük Azərbaycan coğrafiyası yaranır. Azərbaycan türklərlinin yaşadığı ata baba torpaqları bəzən farsların, ərəblərin, monqolların və rusların caynağına keçib. Əcdadlarımız öz müstəqillikləri və vahid Azərbaycan ideyası uğrunda daim mübarizə aparmışlar.

Onlar üçün ən ağır vaxtlar Böyük Vətənimizin parçalandiği Gülüstan müqaviləsiylə, yəni 1813- cü ilin Oktyabır ayının 12-si tarixində baslamışdır. Bu müqaviləyə əsasən, Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla, Azərbaycanın Araz cayının şimalında yerləşən bütün əraziləri Russyanın işğal altına düşmüşdür.

Rus və fars sovinizmi 1828-ci ilin Fevral ayının 21-də biraz da irəli gedərək Azərbaycan üçün daha ağır olan Türkmənçay sazişini bağlayıblar. Bu xain saziş Vətənimizi ikiyə bölüb. Sazişin ikinci maddəsinə görə; Azərbaycanın bir əvvəlki hərbdə işğal edilmiş torpaqlarına əlavə olaraq Irəvan və Naxcıvan xanlıqları da Rusiyanın ərazisinə əlavə edilib. Russiya, 1850-ci ildə ləğv etdiyi İrəvan xanlığının yerində erməni vilayəti olan Yerevan Quberniyasını yaradıb. Ömrü boyu özünə məxsus dövlət üzü görməyən və Azərbaycan torpaqlarına Rusiyanın və Ingiltərənin təşviqi ilə məskunlaşdırılan kiçik bir azlıq olan ermənilər üçün, gələcək vaxtlarda yaradılacaq Ermənistan dövlətinin bünövrəsi qoyulub.

Türkmənçay sazişindən sonra, Azərbaycanın Araz çayından şimalında qalan torpaqları ortodoks Rus çarlığının, güneydəki torpaqları isə Fars hakimiyyətinin caynağına düşüb. Bölücü sazişlərdən üzübəri, Azərbaycan türkləri dillərini və ənənələrini davam etdirmək, öz müstəqil dövlətlərini yaratmaq ideyası uğrunda uzun çəkən ağır mübarizələr aparıb.

Azərbaycan həm coğrafi, həm də burda yaşayan xalqların tarixi cəhətdən uzun müddətdir, müxtəlif xalqlara mənsub tarixşunasların və şərqşunasların diqqət mərkəzində olub. Ancaq Azərbaycan haqqindakı sistemli araşdırmalar keçmiş Sovet İttifaqı vaxtında daha çox Şimali Azərbaycan tarixçiliyində Velikorus siyasiyəti ilə uyğunlaşdırılıb və Azərbaycan türklərinin tarixi ilə bağli araşdırmalarda Türk ünsürü qəsddən arxa plana sıxışdırılmış və onun müqabilində azərbaycanlı, yaxud Azərbaycan xalqı kimi sözlər vətəndaşımızın yaddaşına həkk edilib. Dünyanın ən vəhşi və qəddar, bir o qədər də, şeytani surətə malik fars şovinizminin yumruğu altında olan Güney Azərbaycanda isə göz görə – görə, burda yaşayan türklərin güya fars nəslindən gəldiyi və onların xüsusilə coğrafiyasına çox sonralar Əfqanıstandan köçüb gəldikləri təbliğ olunub. Bütün bunlar, əlbəttə, təsadüfi deyil. Öz milli bütövlüyü əldən vermis xalq bu cür "parçala, hökm sür" siyasətinin qurbanına çevrilməyə məhkumdur.

İranda indi hakimiyətdə olan Islam rejimi Türk hakimiyyətinin varlığını məhv edən Pəhləvilərdən mahiyətcə hec nəyi ilə fərqlənmir, çünki ikisi də fars sovnizmindən, fars milliyyətciliyindən çixiş edir. Hakimiyyətdən gedən şahla, hakimiyyətə gələn mollalar arasında ancaq saqqal və calma (əmmamə) fərqi vardır, hətta əmmaməli xələf, boyunbagı baglamış sələfindən də şovinistdir. Kommunizm necə ki, 70 il Rus şovnizminin üzünü örtən və onu dünyanın gözündən yayındiran pərdəyə cevirildisə, eynilə "İslam rejimli", şiəlik- fars irqçiliyinin üstünə cəkilmiş bir ötükdür. O örtüyü qaldırsaq altından dünyanın ən əcaib və ən vəhşi qansoran fars irqçiliyinin surətini görərik.

Tarix, kecmişin aynasi və millətlər mübarizəsinin qan qoxuyan dəhşətinə səhnə olmuş həngamələr meydanıdır. Hər millətin başına gəlmiş dəhşətli hadisələr və qarşısına çıxmış fürsətlər, üzləşdiyi uğursuzluqlar, uğurlar, xoşbəxtliklər ancaq onun öz tarixində əksini tapır. Tarix, yola salınmiş vaxtın təcrübələrlə dolu cəmi və gələcək zamanların da tumudur. O toxumu necə və hansı məqsədlə atsan qarşına onun bəhrəsi də o cür cıxacaq.

Təssüflər olsun ki, tarixi qanla yazmayan və yasadığı vətən torpaqları başdan ayağa qanla suvarılmayan millətlər digər xalqların, Atatürk demişkən, şikarı olublar. Öz milli mənliyini dərk etmə süuruna çata bilməyən xalqların deyildiyi kimi, oğulları qula, qizları isə cariyyəyə çevriliblər.

 Biz Türklərin tarixi qəhrəmanlıqlarla doludur. Tarix boyu hər əsrə öz möhrümüzü vurmuşuq və bütün özünü mədəni sayan xalqlar mağaralarda yaşarkən, biz imperiyalar yaratmışıq. Çin səddindən, Adriatik dənizinə kimi hər coğrafiyada mədəni abidələrimizi tarixin sinəsinə həkk etmişik. Azərbaycan türkləri, tarixin başlanışından üzü bəri böyük Türk xalqının şərəfli bir qolu, lakin başı bəlalı bir üzvü olmuşdur.

Azərbaycan türklərinin böyük rəhbəri və Cumhuriyyətimizim yaradıcısı Məhəmməd Əmin Rəsulzadə „ Azərbaycanın Kültür Gələnəkləri“ adlı əsərində, Azərbaycanın din, mədəniyyət və etnik birliyini elmi şəkildə şərh edib. Azərbaycanda din birliyi, İslamın burada yayılmasıyla yaranıb və bununla da mədəniyyət birliyi daha da güclənib. Etnik birliyin bu günkü durumu, yəni Oğuz tayfalarının aparıcı mövqeyə kecməsi isə çox sonralar olub.

Bu prosesin ən sürətli pilləsi X-cu əsrdə başlayıb və XIV-cü əsrə kimi davam edib. Bu dövrdə böyük hadisələr yaşanıb, Oğuz tayfalarının axınları, sonra isə Monqol işğalları Azerbaycanı bu günkü surətə bürünməsində əsas amilə çevrilib. Azərbaycan İslam dinini VIII-ci əsrdə qəbul edib, Islam mədəniyyətini mənimsəyib, tarixboyu Türk dünyası üçün oynadığı rolu daha böyük bir əzəmətlə yürütməyə davam edib. Azərbaycanın tanınmış dövlət xadimi Şeyx Məhəmməd Xiyabani demişkən, onun mədh edilməyə ehtiyacı yoxdur.

Bu gün, Azərbaycan türkləri bir coğrafi sahədə parçalanmış halda yaşayırlar. 1991-ci ildə Azərbaycanın Şimal hissəsi rusların əsarətindən xilas olaraq öz müstəqilliyini qazansa da, Azərbaycanın Güney hissəsi və burada yaşayan 40 milyona yaxın türk hələ də fars şovnizminin cilovunu əlində tutan dini rejimin əsarəti altındadır. Bir sözlə, Azərbaycan deyildikdə təkcə Qafqazlarda yerləşən torpaqlar yox, Araz çayının cənubunda, Kəngər körfəzinədək ( Fars körfəzi) türk vətəni göz önünə gəlməlidir.

Nəhayət, XXI-ci yüzilliyin baslanğıcında Bütöv Azərbaycan ideyasının reallaşması prosesi başlanmışdır. Biz Azərbaycan türkləri yəqin bilirik ki, rus və fars işğalcı siyasətinin parçaladığı vahid Azərbaycan vətəni bərpa ediləcək. Böyük Türk dünyasının milyonlarla şərəfli övladı bütöv, müstəqil və demokratik Azərbaycan dövlətini yaradacaq. Bu həqiqəti zaman və tarix, bizim boynumuza müqəddəs yük olaraq qoymuşdur. Bu müqəddəs və şərəfli yolda mübariz olmaq hər qeyrətli Azərbaycan türkünün boyun borcudur. O müqəddəs günə çiyin- çiyinə, addim- addim yaxınlaşırıq. Uğur olsun!!!

Hikmet Ibrahimoglu Kengerli

Go to top