milli shura logoBMT insan haqları ali şurasi/ Genev

Lütfən bu məktubu ilgili komitələrizə göndərmənizi xahiş edirik;

Üzü : Ahmed Şahid, BMT insan haqlarıİran üzərə nümayəndəsı;

Bügün İran ərazisi daxilində yerləşən Güney Azərbaycanın, ağır durumda və polisi basqılar altında yaşadığı sizlərə məlumdur. Heç bir şəxsi və milli haqları Tehran regimi tərəfindən tanınmıyan 30 milyon Azərbaycanlının ana dilində bir məkəbinin olmaması inanılmaz olsa da bir həqiqətdir. Bu durum qarşısında güney Azərbaycan gənclərinin demokratik istək və fəaliyətləri inanılmaz bir biçim və basqı ilə qarşı qarşıya qalmaqdadır.

İş oraya çatmışdır ki, hətta ana dilində məktəb istəyənlər, çevrə qorunmasını tələb edənlər, fotbal taxımlarını dəstəkliyənlərin yanında, ölkənin anayasası çərçivəsində demokratik siaysi fəaliyət göstərmək üçün bir araya toplaşanları da yaxalayıb zindana salır, qamçılayır, işdən qovur və olmazın çətinliklər yaradırlar.

Bu məktubu sizə yazarkən, 100 nəfərdən yuxarı güney Azərbaucanlının Tehran reginin zindanlarında çürüdüyünü bildirərək minlər insana qara dosyalar düzəlib, önləyici hökmlər verilib, şallaq vurma təhdidi ilə üzləşib və həyatlarının qara günə çevrildiyini bildirmək istərdik. Bunlardan bəzi nümünələri adları ilə sıralıyaraq, sizdən israrla istəyirik ki, bu gedişatın durudrulması üçün əlizdən gələni əeirgəməyin.

1-    Qanuni fəaliyət göstərənlərə olan basqılardan nümunə:

Bəzi güney Azərbaycanlı gənclərin bir araya toplaşıb ölkənin daxilində açıq şəkildə milli dəyərlərimizi qorumaq üçün 2-3 il öncə “ yeni güney Azərbaycan milli oyanış” (YGAMOH) adı altında fəaliyətə başlaması bilinmıkdədir. Bu insanların bəziləri geçmişdə göstərdikləri milli fəaliyətlərilə bağlı zindan çəkdikləri beynalxalq insan haqları mudfiə qurumları tərəfindən də bilinməkdədir. Aşağıda adlarını çəkdiyimiz bu təşkilata üzv olan soydaşlarımızı, desambr 2012 dən başlıyaraq çeşitli şəhərlərdə yaxalayıb, Təbrizə toplayıb, saxta ittihamlarla, 12 April 2013 dən başlıyaraq iki gün zərfində mehkeme etdiklərini bildirmək istərdik.

Halən Təbriz zindanında olan bu günahsız soydaşlarımızın hökmünün hələ verilməməsinin bir səsbəi də içində təbriə olanı olsa, uzunca zindan çəkdirmə siaysəti olmaqdadır. Ümid edirik, şəkilləri sancaqlanmış bu şəxslərə;

1-    Dr. Lətif Həsəni

2-    Dr. Ayət Mehrəlibəyli

3-    Məhəndis Behbud Qulizadə

4-    Məhəndis Mahmıd Fəzli

5-    Məhəndis Şəhram Radmehr

Ağır cəza hökmü kəsilmədən sizin müdaxiləzlə azadlığa qovuşmalarına yardımcı olasız.

( aldığımız son məlumata görə may ayının 5-i 2013 trixində verilən hökm əsasında bu soydaşlarımızın hər birinə 9 il zalimanə zindan cəzasi kəsilmişdir. Hökmün üzü əlimizə geçdikdə tərcüməsi ilə birlikdə hüurlarıza təqdim ediləcəkdir)

 1-    Çevrə qoruma üçün bir araya toplananlara zindan və qamçı hökmü numünəsi;

 Güney Azərbaycanın incisi olan Urmu gölünün qurudulması dünya əfkari umümisində bilinməkdədir. 15 Novambr 2011-ci il Təbriz şəhərində bir qonaqlıqda bir yerə toplaşan 30 nəfər soydaşımız, bu gölün qurumasının qarşısının alınması üçün nə etmək haqqında müzakirə edərkən polis quvvələrinin basqınına uğramış və yaxalanmışdılar. Hökümət əleyhinə bir araya toplaşmaq ittihami ilə mühakimə edilən bu soydaşlarımıza, ozaman çeşitli zindan və qamçı hökmü verərək azadlıqdan məhrum edildikləri bilinməkdədr.

Bu qrupun içində olan sayın Həsən bəy Ərkin şallaq hökmünün üzü və tərcüməsi sancaqlanmışdır. Aldığımız dəqiq məlumatlara əsasən bugünlərdə onu qamçılamaq üçün hakmiyət qollarını çırmalamışdır.

 Bu vəsilə ilə sizdən xahiş edirik ki, öz qanuni və insani görəvizi yerinə yetirərək bu geyri insani gedişatın durudurulmasına çalışasız.

 1-    Qayda qanunsuz hökümlər və rastgələ basqınlar haqda bir numünə;

 Geçən il saxta rejim əleyhinə fəaliyət ittihami ilə məhkəmə olunan və cəza çəkən 5 milli fəalımızın barsində inanılmaz bir yeni hökm çıxarılıb. Halbu ki, bu insanlar daha ziyadə mədəni fəaliyət vəya Azərbaycanın fotbal taximi olan Traktor timinə sevgi göstərdiklərinə görə azadlıqlarından məhrum ediməkdədirlər. Bu hökm açıqca göstərir ki, bu məhkəmələrdən Tehran hakimiyətinin güddüyü siaysət xalqımızı dəvamli basqı altında tutmaqdır. Qaldı ki, bir məhkəminin əsas hökm verdikdən uzun zaman sonra yadına düşən əlavə bir başqa hökm bu məhkələrin ciddi deyil, sifarişi olduğunun açıq bir subütü sayıla bilər.

 Aşağıda adları çəkilən soydaşlarımızın haqqında verilən ikinci hökmün üzü və tərcümsini sancaqlıyaraq Güney Azərbaycanda Tehran hakimiyətinin apardığı üzdən iraq məhkəmə sisteminin mahiyətini açıqlamaq niyətindəyik.

1-    Xanım Əfsanə Tovqir

2-    Məsud bəy Hüseyizadə

3-    Məhəmməd bəy İskəndərzadə

4-    Vəhid bəy Həbib çeşmə

5-    Vəhid bəy Rastgu

  Ümid edirik, BMT insan haqlari ali şurasının çeşitli komitələri və özəlliklə sayın Ahməd bəy Şəhid cənablarının cidi diqqəti ilə Güney Azərbaycanda aparılan bu rasist siaysətlər durudurlacaqdır.

 

Güney Azərbaycan Milli Birlik Şurasi

İnsan haqları komitəsi

Tarix : 03.05.2013

 

Go to top