Güney Azərbaycan Milli Birlik Şurasının PrensipləriGüney Azərbaycan Milli Birlik Şurasının Prensipləri

Yaranmaqda olan “Güney Azərbaycan Milli Birlik Şurası”nın əsasnaməsinin tənzimlənməsində, bu müddət ərzində iştirak edən, çeşitli siaysi görüş sahibləri, aydınlar və təşkilat nümayəndələrinin düşüncə və təklifləri yer almaqdadır. Bütün düşüncə və təkliflərdən seçilmiş “Milli Şura” yol xəritəsinin təkmilləşərək bugünə gəlib çıxması, bizdə, bu yolun birliyə gedən təkcə körpü olması inancını yaratmışdır.

Bu yolun çeşitli maniələrlə qarşılacağı hər kəs tərəfindən aydınca bilinməkdə olsa da, inananların iradəsini qıra bilməmişdir. Birliyə gedən yolun düzgün təsvirini anlamaq üçün geçən bu müddət ərzində, bəzən səmimiyətlə, bəzənsə qeyri səmimi olaraq yaranan çox sayılı birliklərin baş tutmuyaraq az müddətdə dağılması da bu yolun doğruluğunun bir sübutu sayıla bilər. Çeşitli ocaqlar və şəxsi maraqlardan qaynaqlanan bu maniələrin, bu çətin yoqquşu dirmaşmaqda bizi zorladığını inkar etmirik. Başqalarının uğur qazanmasını, özlərinin şəxsi ehtirasına maniə bildiklərinə görə daş dığırladanları qınamaqdan başqa əlimizdən bir şey gəlmir. Ancaq, buna da inanırıq ki, Azərbaycan Milli Hərəkatının birləşməsi nəhayət “Milli Şura” yolundan geçəcək və geçəcək.

Bu düşüncə ilə yola çıxaraq, eyni halda, təəssüflə soydaşlarımızın böyük əksəriyətinin ana dilimizdə oxuma imkanının zəyif olduğuna görə, Milli Şuranın 4 əsas prəsiplərini aşağıda təqdim edirik. Uzun və qapsamlı əsasnamədə gizlənən bu prənsipləri, orada oxumağın çətinliyini nəzərdə alaraq, milli hərəkatımızın birlik ehtiyacını hiss edən səmimi soydaşlarımızın, bunları oxuyub, Milli Şuranı yaratmaqda olanlara qoşulması arzu edilməkdidir.

Bu prəniplər:

 

1- “Güney Azərbaycan Milli Birlik Şurası” nın hədəfi Güney Azərbaycanda “milli müqəddəratı” təyindir. BMT-nin 1960-da 1541 sayılı bəyannaməsi və onun yan müzakirələri əsasında Güney azərbaycanlılar bir millətdir. Onun üçün öz müqəddəratını “müstəqil bir dövlət yaratmaq””başqa bir dövlətlə bütövləşmək” vəya hərhansı bir ölkə ilə “federal/konfedral” formasında yaşamaq haqqı var.

(bax: Məramnamənin 1.5- ci bəndində əlavə 1 və 2 bölümlərinə).

2- Milli Şuranın idarə sistemi “Başqanlıq Şurası” vasitəsi ilə aparılır. Kimsənin sədarət iddeaları yol veriməzdir.

(Bax: Nizamnamənin 2.1.2 bəndi “təşkilat çartı” və 2.2.1 “başqamlıq şurası”bölümünə)

3- “Milli Şura”nın ideolojik xətti “ Azərbaycan Mərkəzli Düşüncə sistemi” dir. Yəni, hər şeydən öndə və öncə Güney Azərbaycan probləmini həll etməyə çalışır.

(bax: Məramnamə bənd 1.3 “Birlikdə fəaliyət modeli” və onun alt bəndi 1.3.1 bölümlərinə)

4- “Milli Şura”demokratik qaydalara dayanaraq fəaliyət edər. Bütün seçimlər və işlər səs vermək usulu ilə həyata geçər. Bütün üzvlər öz fikir vəya mənsub olduqları təşkilatın görüşlərinə sadiq qalaraq burada fəaliyət göstərir. Ancaq “refrandoma hazırlıq mərhələsi”ni qazandıqdan sonra, mənsub olduğu fikiri burada təbliq edəbilər.

(Bax: Məramnamədə 1.2.2.3 bəndi “Refrandoma hazırlıq mərhələsi” 1.2.3 fəaliyət platforması və nizamnamədə 2.1. ci bəndin “qurultay” bölümlərinə)

Güney Azərbaycan Milli Birlik Şurası
Təşkilat Komitəsi 22.11.2010

Go to top