bayraminiz mübarək olsun

Azərbaycan Türk millətinin dünya xalqlarına ithaf etdiyi “bahar bayramı” təbiətin oyanışı, gül – çiçəyin dirilişi, barış və sevgi duygularının ürəklərə səpilməsi ilə bağlıdır. Onun üçündür ki, millətimiz tarix boyu bu bayramı əzizləyib və özünün nəcib özəlliklərinə uygun olaraq şənliklər və mərasimlər geçirmişdir. Bu mərasimlərdən ən duygusalı, bir – birinin görüşünə getmək və küsənləri barışdırmaq olmuşdur.

Baxmıyaraq ki, fars hakimiyəti, bizi və bütün varlığımızı inkar edərək bu bayramımızı da qaraltmaq isəməkdədir. Baxmıyaraq ki, millətimizin ən dəyərli evladlarını zindanlarda çürütməkdədr.  Baxmıyaraq ki, iqtisadi ayı-seçgilik nəticəsində millətimiz bir tikə çürək dalınca qurbət ellərə pənah aparmaqdadır. Bu milli bayramı ən heşmətli biçimdə geçirəyimiz, dirilik,varlıq və dirənişimizin bir simgəsi kimi təzahür etməlidir.

Biz, bu il bayramını bütün millətimizə və özəlliklədə faşist-rasist şeytani quvvələrin zindanlarında olan soydaşlarımıza təbrik deyib millətimizin tezliklə nəcatını arzu edirik. Ən vacib mərasimi isə siaysi zindanilərimiz və ailələrinin görüşü ilə onlara ürək-dirək olmaq hesab edirik.

Güney Azərbaycan Milli Birlik Şurası
Təbliqat komitəsi  16.03.2014

Go to top