Münasibət İranda aparılan 10-cu prezident seçgilərinəGüney Azərbaycan Milli Birlik Şurasının- münasibəti

İranda aparılan 10-cu prezident seçgilərinə

Əziz Soydaşlar !Demokratik usullara söykənmiyən hər hansı bir seçgi, xalqın mənafei yerinə, hakimiyətlərin təsbiti, vəya özünə demokratik don giydirərərk dünya əfkari ümumisini aldatmaqdan başqa məna daşımadığı hamımıza aydındır.

Hələ “ana yasasında” aydıncasına, millətin səsinə hörmət yerinə hər hansı bir ideolojinin yürüdülməsini ön görən

ölkələrdə, bu anti demokratik ölçü, iki qat artar. Tarix boyu bəşəriyətin bu davranış və aldatmacalardan çəkdiyi əziyətlər, hamıya aydın olduğuna görə bu haqda danışmağın zaman və məkanı, bu münasibət olmadığı aydındır.

İranda aparılan 10-cu prezident seçgilərindəki hadisə və alış-verişlər, özəlliklə cənab Dr. Ələmi öz adaylığını Təbrizdən elan etdikdən sonra, cənab məhəndis Musəvinin də Tehrandan namzədliyini irəli sürməsi, düzgün təhlil edilərək doğru qərara gəlinməsini icab etməkdədir. Seçgilərə qalan bu 1,5 ay müddətində hansı möhrələrin deyişəcəyi və hansı siyasətlərin aparılacağı çoxda aydın deyil. Ancaq, cənab məhəndis Musəvinin ölkənin pozulmuş iqtisadiyatını düzəltmək üçün və ya islahatlar aparmaq üçün irəli sürüldüyünü irəli sürənlərin məntiqinə inanmaq çətindir. Çünki, nə ölkə 20-25 il öncəki ölkədir, nə müharibə fonksiyonu işləyir, nə kopun fitvaları verilə bilər, nədə cənab Musəvi öz mövqeini bildirməsə belə, onun islahatçı təfəkkürünə inananlar genişdir. Ölkənin bu ağır və sıxıntılı durumdan qurtuması üçün demokrasi düşüncəsi ilə birlikdə modern iqtisadı sistemin yaranması, insan haqlarına hörmət, milli haqların tanınması, dünya ilə savaş yox, barış siyasəti lazımdır.

Cənab Musəvi-nin  bu keyfiyətlərdən yoxsunluğu, onun namzədliyinin səbəblərinin başqa yerdə axdarılmasına qapı açır. Bu təhlil ilə, fars hakimiyətinin çeşitli qolları arasında bağlı qaplar arxasında aparılan müzakirələri bir az daha dəqiq dəyərləndirmək mümükündür.  Cənab Musəvi adaylığını qoyduqdan sonra, cənab xatəminin onun xeyrinə uzaqlaşmasını, onun mübarizə əzminin zəyifliyində axdarmaqla birlikdə, hakimiyət dairələrinin bu gizlin görüşmələrində də görmək mümükündür.

Bu pıçəltıların, Ələmi bəyin namzədliyi prosesi ilə paralel, Güney Azərbaycan Milli Hərəkatının, seçgi ilə bağlı yaratdığı “Dayanışma Şurası” ( şuraye həmahəngi) ortaya çıxdıqdan sonraya rastlanması təsadüfi deyildir. Buda aydındır ki, fars hakiniyəti bizim bugünkü pərakəndə halimizdən çəkinmir. Ancaq, daxildə çalışan fərasətli siyasətçilərin ortaya atdığı, o ölkədə “Azərbaycan Mərkəzli Düşüncə Sistemi” daxilində “üçüncü quvvə” kimi Azərbaycan milli hərəkatının təzahür etmə siyasəti, Tehran hakimiyətini həddindən artıq qorxudur və umimiyətlə fars mərkəzli düşüncə sistemini, psikolojik yıpranmaya doğru aparır. Çünki, Azərbaycan Milli Hərəkatı, daxilindəki probləmləri həll edərək, dayanışma şuarsında birləşsə, ölkədə yaşıyan və özəlliklə bizə ümid bağlıyan millətləri də öz ətrafənda toplamaq imkanı yaranar. Bu isə millətlərin hüquqlarının tanınmasının qarantısıdır.

“Milli Şura” daxildə yaranmış “ dayanışma şurasını” atılmış böyük bir addım kimi dəyərləndirərək, seçgilərdə təqib etdiyi siyasəti, Azərbaycan milli hərəkatının dinamizmini artıracağına inanır. Namzədlik dövründə, namzədlərin səlahiyətlərinin təyid vəya rəddindən öncə və sonra, təqib edilmək istənilən siyasətləri “Milli Hərəkatımızın” inkişafına edəcək təsri müsbət dəyərləndirir. O şuranın bildirişinin, hamının diqqətinə çatdırılmadan öncə yayılmasını, istənmiyən bir təsadüf kimi görür və burada hər hansı bir təxribat karekterli düşüncə axdarmır. Özəlliklə, o bildiriş yayınlanandan sonra, tənqid edənlərin böyük əksəriyətini, Azərbaycan və Milli Hərəkatımıza can yandıranlar hesab etsək də bu hadisədən görünmüyən əllərin suistifadəsini vurqulamaq istəyir.

Onun üçündür ki, dayanışma şurasını təşkil edən bütün quvvələri, məntiq dairəsində, dözümlü davranaraq, demokratik qaydalar əsasında genişlənmə yolu ilə bütün istəklərinə nail olacaqlarına inanırıq.
Şübhə yoxdur ki, bugünkü şərtlər altında, geçmişdəki təcrübələri göz önündə alaraq, Təbrizdən adaylığını qoyan namzədin dəstəklənməsi təqdirə layiqdir.

Güney Azərbaycan Milli Birlik Şurası

19.04.2009

Go to top