| بازگشت به صفحه اول |
(Əziz soydaşlar! Bu məqalə 1996 – da gününü şərtlərinəinə görə qələmə alınmışdır, tariximizi unutmuyaq.)
Xocalı Faciəsindən də ibrət almadıq biz
Keçmişini bilməyən bir millət gələcəyini düzə bilməz. Yaxın tariximizdə 1920-ci ilədək ermənilərin törətdiyi Gəncə və Bakı qırğınını, Şamaxı, Naxçıvan, Urmiya... soyqərəmlarını gördük, ancaq hələ bu şəhidlərimizin qanı qurumamış Göyçəni, Zəngəzuru verdik, onların ruhunu incidərək özümüzə çirkin bir yaşayış qapısı açdıq. Andronikin 3 min nəfərlik bir qoşunla Xoy şəhərinə hücumu qarşısında bu şəhərin qeyrətli oğul və qızlarının əl-ələ verərək düşməni məğlub etdiklərini gördük, ancaq nədənsə əl-ələ verə bilmədik. 70 ildə onların ayrı-ayrı yollarla, açıq yada gizli Azərbaycana qarşı apardıqları təxribatçı hərəkətlərini gördük, göz yumduq. Dünyanın bir çox ölkəsindən ermənilərin Qarabağa gətirildiklərini gördük, ancaq elə bil görmədik. Bütün bunları bilə-bilə 1991-ci il aprel ayının 24-cü günündə Tehran erməni faşistlərinin yürüş və təzahüratını görüncəyədək mən də yatmışdım. Doğrudur, Tehran azərbaycanlıları Ermənistan səfirliyi əleyhinə keçirdikləri nümayişdən sonra 24 aprel hoyçubazlığı kəsildi, ancaq ermənilərin dənizdən-dənizə böyük Ermənistan bağırışlarını artıq içiboş bir təbil səsinə bənzətmək mümkün deyildi. Bu vəhşi şüarların arxasında bir ölüm dumanı görünməkdəydi. Çox keçmədi bu dəhşətli tufan qopdu və Xocalı faciəsi tarixin ən çirkin səhifələrindən biri kimi vərəqləndi. Ancaq biz yenə də ibrət dərsi almadıq. Bilmədik ki, erməninin qarşısından qaçdıqca qovacaq, əyildikçə yükləyəcək. Onunla ancaq silah səsi ilə danışmaq olar. O da ancaq milli ruhun dirçəlməsi, birlik və bərabərliyin yaranması, Azərbaycanın böyük iqtisadi potensialından istifadə edərək ekonomik problemləri həll edib, güclü bir milli ordunun qurulması ilə mümkün olacaqdır.
Yoxsa sülh, barış ancaq sözdə qalacaq, ya da çox ağır şərtlərlə təhmil ediləcəkdr. Bu barış məğlubiyyət barışı olduğuna görə milləti və məmləkəti yerlə göy arasında saxlıyacaqdır. Sərvətlərini udmaq üçün onun boynuna keçirilmiş bu ipi istəyənlər istədikdə boşaldacaqdır vəya bərkidəcəkdir. Böyük Rəsuloğlu 525-ci qəzet: 18 dekabr 1996 |
| بازگشت به صفحه اول |