İranda Seçkilər
Polat Əmirfəllah
Hər zaman İran adlanan ülkede məclis seçkiləri yaxinlaşsa, Azerbaycan fəallarinin da arasinda bir dərin mubahisə başlar ki birisi sağa və o biridə sola çəkər. Seçkiler nədən bu qədər önəmlidir hər bir kimsəyə bəllidir ama o seçkilərdə iştirak etmək və ya xud iştrak etməmək bizim fəallarin arasinda o zamannan ki islam cumhuriyəti İran adlanan ülkədə yaranib bu günə qədər hələ də ki həl olmuyub və onun həl olmaği da çox çətin görünür. Bir tərəfdən duktur Qərəvi bey cənablari bu seçkiləri boykota çağirir və bu seçkilərdə iştirak etməgi bir böyük səhv bilirlər. O bir tərəfdən də Böyük bey çənablari bu seçkiləri iştirakinə çox önəm göstərməkdədir. Ama bizim bu hörməli böyüklərimiz məsələni heç biri dərinən açmirlar. İran adlanan ülkədə hər bir bölgəni və hər bir məntəqəni özünə görə diqqətə almax gərəkir. Bu da belə demək olar ki Təbrizin şərayiti urmuynan çox fərqli dir və ya xud sulduz və bütünlüklə bati Azərbaycanin şəhərlərinin şərayiti Azərbaycanin obiri şəhərlərinən çox fərqlidir. Misal üçün bati bölgələrində əğər Azərbaycanlilar iştirak etməsə bir başqasi onlara hakim olacaqdir və onlarin hakim olmasi bizim insanlari cox bir zor duruma buraxa bilər. Ama əğər misal üçün təbriz və ya Zəngan və ya Ərdəbil şəhərlərində bu məsələynən üzbəüz dəğillər. Mənə görə bati Azərbycan xariç obir bölgələrdə Hörmətli Duktur qərəvi cənablari Haqlidir və sçkilərdə iştirak etmək doğru dəğil. Ama obir tərəfdən də Bati Azərbaycanda da Hörmətli Böyük bəy cənablari haqlidir ki əğər bizim millətimiz oradaki seçkilərdə iştirak etməsə o zaman kürdlərin əlinin altinda əzilməğə məruz qalaçaqlar və buda özü bir başqa musibətə yol açacaqdir. Necə ki əğər dəqiq bu məsələyə baxsax görərik ki bütün dünya da sayilan xəbər ajanslari əz cumlə BBC nin sitəsinde bati Azərbaycanin bir önəmli qismi kürdlərin taninnir. Buraxin siz bunu bu son zamanlarda amerikanin çixardiği orta doğu xəritəsi bunun bir önəmli nişanəsidir. Mənə görə fars şovinsmi bütün qudrətilə Azərbycan kimlğini aradan aparmaq istəyir. Bir milləti necə aradan aparmaği da onlar çox yaxci bilirlər(baxin Azərbaycan nufusuna Birinci pəhləvilər zamanina və indi islam cumhuriyəti zamanina). Hörmətli Fridun bəy məğər bir millət nə şəkildə aradan aparila bilər? Bir milləti əğər oyuna qoymasalar o özü özünə aradan gedər baxin ( Asurilərə) Burada bir başqa məsələyə değinmək istəyirəm: karikatür məsələsi çox yaxci bizim yadlarda qalibdir bu ğərb dünyasi onu nenədi? Onu hətta öz xəbərlərində yaymadilar ama o bir tərəfdən əğər Türkiyədə kürdlərə bir daş atilsa burada ( Hollanda) onu hər gün xəbərlərdə yayillar. İrakin şimalinda bir kürd devləti yaradmağa nə yollara əl atmillar və nə oyunnan çixmillar.
|