Ana Səhifə
 
( Güney Azərbaycan Milli Birlik Şurasında, yeni seçkilər )
 

  Əziz həmvətənlər!


Güney Azərbaycan Milli Birlik Şurasının ( Milli Şura ) 21.09.2008 tarixində ümümi iclası geçirlimişdir. 20 Aprel 2008 tarixindəki ümümi iclasda alınan qərara dayanaraq bugünkü ümümi iclasda yeni baş komitə seçkisi aparılmışdır. Bu müvəqqəti baş komitənin əsas vəzifəsi bir il öncə Frankfort toplantısında qərarlaşdırılan hədəflərin, yəni, yeni üzvlər qazanaraq layiqli bir qurultay geçirmək və ağsaqqallar şurasının yaradılması olmuşdur. Bu əsas hədəfə çatmaq üçün çəşitli sahələrdə fəaliyyətlərin yerinə yetirilməsi və yeni bir sistemlə işlərin irliləməsi nəzərdə tutulmuşdur. Bu seçkilərdə özəlliklə enerjili və çalışqan gənclərimizin aday olaraq seçilməsi gələcəyə ümidləri artırmışdır. Şübhə yoxdur ki, Milli Şuranın son iki il yarımda apardığı fəaliyyətdəki müsbət cəhətlər və çatışmamazılıqların təhlil edilərək millətin önünə sərilməsi milli hərəkatımızın xeyrinə olacaqdır. Ona görə şantaj və şayiələri önləmək, bölünüb parçalanmağın qarşısını almaq və həqiqətləri dartışma zamanı gəlincə, bu analizlərin aparılması vacib sayılmaqdadır.

Hörmətlə :

Güney Azərbaycan Milli Birlik Şurası

Baş Komitəsi

– adlar əlifba sırası ilə

1- Cabbar Səttaroğlu (Mali, Iç üzrǝ)

2- Eldar Fənni (təşkilat)

3- İsmail Söhrab (Katib, isan haqlari)

4- Polad Amirfallah (Tǝdarokat)

5- Yaşar Azər (tǝbliğat)

Tarix : 2008-09-23


Ana Səhifə